Sizin Reklam Burada

İrəvanda müxalifət diplomatların olduğu restoranı mühasirəyə alıb

İrəvanda müxalifət diplomatların olduğu restoranı mühasirəyə alıbİrəvanın mərkəzində xarici diplomatların nahar etdiyi restoran bir müddət millət vəkili Hayk Mamicanyanın rəhbərlik etdiyi müxalifətçilər tərəfindən mühasirəyə alınıb.

“Report” xəbər verir ki, bu aksiya yerli portallar tərəfindən canlı yayımlanıb.

“İndi bizə dedilər ki, bu restoranda Avropa İttifaqı səfiri Andrea Viktorin və müxtəlif üzv ölkələrin səfirləri nahar edirlər. Əlbəttə ki, onlara nuş olsun, amma məgər onlar Ermənistandakı vəziyyəti görmürlər? Etirazçılarla polisin necə davrandığını, onları hansı üsullarla saxladıqlarını görmürlər? Ölkəmizdə demokratiyanın başına gətirilənlərə diqqət etmirlər?” – H.Mamicanyanın bu sözlərindən sonra bəzi etirazçılar restorana girmək istəsələr də, polis qarşılarını kəsib. Bir neçə dəqiqə sonra müxalifətçilər paytaxtın mərkəzində yürüşə davam ediblər.

Müxalifət İrəvanın mərkəzindəki Fransa meydanında böyük mitinq təşkil etməyə hazırlaşır. Demək olar ki, eyni vaxtda respublikanın baş naziri Nikol Paşinyan Fransa meydanının yaxınlığında yerləşən parlamentdə çıxış edəcək. Bununla bağlı polis parlament ətrafında təhlükəsizlik tədbirlərini gücləndirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər