Sizin Reklam Burada

Məşhur jurnalist axtarışa verildi

Məşhur jurnalist axtarışa verildiRusiya Federasiyasının Daxili İşlər Nazirliyi məşhur rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorovu beynəlxalq axtarışa verib.

Bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, mayın 4-də Nevzorovun vəsiqəsi Rusiya Daxili İşlər Nazirliyinin axtarışında olan şəxslərin məlumat bazasında peyda olub.

Qeyd edək ki, Nevzorov aprelin 19-da özünün İnstaqram səhifəsində Ukraynaya qarşı döyüşən və əlində unitaz olan rus əsgərinin şəklini yerləşdirib. O, şəklə “Rus əsgəri-quldur” adı verib.

“Putinin Ukraynadakı müharibəsi Rusiyanın başladığı ən biabırçı savaşdır”, - deyə Nevzorov bildirib.

Müharibə başlayandan sonra İsrailə köçən jurnalist rəsmi Moskvanın ən qatı tənqidçilərindəndir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər