Sizin Reklam Burada

Patriarx Kirillə qarşı sanksiyalar hazırlanır

Patriarx Kirillə qarşı sanksiyalar hazırlanırAvropa İttifaqı Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə “Frans Press” Agentliyi Avropa Komissiyasının Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müvafiq sənədinə istinadən məlumat yayıb.

“Avropa Komissiyası Rusiyaya qarşı son iqtisadi tədbirlər dalğası çərçivəsində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı sanksiyalar təklif edib”, - xəbərdə deyilir.

Ukraynalı keşişlər Patriarx Kirillə qarşı məhkəmə iddiası ilə yüzlərlə imza toplayıblar.Müraciətin təşəbbüskarları israr edirlər ki, Kiril “mənəvi cinayət törədib”, Moskva Patriarxının təbliğ etdiyi “Rus dünyası” doktrinası isə “pravoslav təliminə uyğun gəlmir və bidət kimi pislənməlidir”.

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill dəfələrlə Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə haqq qazandırıb.

O, daha əvvəl də iddia etmişdi ki, “Ukrayna səkkiz ildir ki, Donbası dağıtmağa və orada gey-paradlar keçirməyə çalışır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər