İzyumda rusların hərbi karvanı məhv edildi
Dərc olunub:
4-05-2022, 11:24
Ukrayna hərbçiləri İzyum yaxınlığında düşmənin sursatla dolu hərbi karvanını məhv ediblər.
Bu barədə Odessa regional hərbi administrasiyasının spikeri Sergey Bratçuk Teleqram kanalında yazıb.
“Ukrayna artilleriyası İzyum yaxınlığında rusların sursatla solu hərbi karvanını məhv ediblər. Düşmənin məhv edilməsi İzyumdan 20 kilometr aralıda, özlərinin arxa cəbhələri hesab etdikləri ərazidə baş verib”, - Bratçuk bildirib.