Köçəryanın oğlu da İrəvandakı aksiyalara qoşuldu
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən vətəndaş itaətsizliyi aksiyaları davam etməkdədir.
Ermənistan KİV xəbər verir ki, bu gün səhər bir qrup müxalifət fəalı İrəvanın mərkəzi küçələrindən birini - Komitası bağlayıb. Aksiyada Ermənistanın ilk dəfə ikinci prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edib.
Fəallar məşəl yandırıblar.
Hüquq-mühafizə orqanları fəallara küçəni təmizləmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün 5 dəqiqə vaxt verib. Bundan sonra hüquq-mühafizə orqanları fəalları geri çəkməyə başlayıb.
Müqavimət hərəkatının üzvləri təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya qalmayıb və şəhərin mərkəzinə doğru irəliləyiblər.