Rusiya hərbçiləri Ukraynaya humanitar yardım göstərən iki britaniyalını əsir götürüb

Rusiya hərbçiləri Ukraynaya humanitar yardım göstərən iki britaniyalını əsir götürübUkraynanın Zaporojye vilayətində Böyük Britaniyanın humanitar təşkilatının iki əməkdaşı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

“Report” xəbər verir ki, bu barədə BBC-yə Ukraynada fəaliyyət göstərən xeyriyyə təşkilatları şəbəkəsinin həmtəsisçisi Dominik Bern məlumat verib.

D.Bernin sözlərinə görə, dünən iki britaniyalı iki uşaqlı anaya Rusiya ordusunun işğal etdiyi kəndi tərk etməyə kömək etməyə cəhd göstərib. Bu zaman Rusiya hərbçiləri britaniyalılar nəzarət-buraxılış məntəqəsində saxlayıb. Onların taleyi məlum deyil.

Könüllülərin yardımını gözləyən qadın onlardan qəribə SMS alıb və bundan sonra Rusiya hərbçiləri onun evinə soxulublar.

D.Bern bildirib ki, hərbçilər qadını Böyük Britaniya casuslarına işləməkdə ittiham ediblər.

Dominik Bern hadisə ilə bağlı Britaniya diplomatlarını xəbərdar edib, lakin onlar hələlik heç bir rəsmi açıqlama verməyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər