Sizin Reklam Burada

"Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”

"Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”Rusiya Belqorod vilayətinin yaşayış məntəqələrindən Ukraynanın İzyum şəhəri ərazisinə 76-cı desant-hücum diviziyasının tərkibindən iki tabor köçürüb.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində qüvvələrini artırır. Bundan başqa, Rusiya Belqorod vilayətində iki diviziya “İsgəndər-M” raketi yerləşdirib.

Məlumata görə, təxliyə karvanları Rusiya hərbçiləri tərəfindən atəşə tutulur. Bir neçə yaşayış məntəqəsində humanitar fəlakət yaşanır. Bildirilib ki, qarşı tərəf Xarkov şəhərinin infrastrukturlarına aviasiya zərbələri endirməkdə davam edir.

“Mariupol istiqamətində düşmən fasiləsiz atəş açır və Ukraynanın “Azovstal” zavodu ərazisindəki müdafiə qüvvələrini mühasirədə saxlayır. İşğalçılar dinc sakinlər arasında “filtirasiya” üzrə tədbirləri davam etdirir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 7 hava hədəfi - “Su-25” təyyarəsi, “Ka-52” helikopteri, 3 operativ-taktiki PUA-sı, 2 qanadlı raketi məhv edilib:

“Donetsk və Luqansk vilayətlərində düşmənin 9 hücumunun qarşısı alınıb, 9 tankı, 11 artilleriya sistemi, 4 xüsusi və 17 ədəd zirehli texnikası, 3 xüsusi və mühəndis, 16 avtomobil texnikası, 4 yanacaqdoldurma stansiyası və bir zenit qurğusu sıradan çıxarılıb. Mövqelərinə endirilən gözlənilməz aviasiya zərbələri nəticəsində rəqib çoxlu sayda canlı qüvvə, texnika itirib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər