Ukrayna dağıntılar nəticəsində 550 milyard dollar itirib
Dərc olunub:
22-04-2022, 01:30
Rusiyanın xüsusi hərbi əməliyyatı nəticəsində Ukraynaya dəyən ziyan açıqlanıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard dollar itirib”, - dövlət başçısı deyib. Zelenski qeyd edib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər vəsait lazımdır.