Kreml məğlub oldu - Podolyak
Dərc olunub:
22-04-2022, 02:22
Hazırda Rusiya tam siyasi və iqtisadi təcrid vəziyyətindədir.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, Ukraynaya qarşı iki aya yaxın müharibənin nəticələrindən sonra Rusiyanın dünyada mövqelərinin aşağı düşdüyünü bildirib.
Podolyak qeyd edib ki, iki aylıq hərbi əməliyyatlarda Kreml xarici arenada məğlubiyyətə uğrayıb.