Sizin Reklam Burada

Erməni polkovnik: 15 dəqiqəyə aviasiyamızın 50%-ni itirdik - VİDEO

Erməni polkovnik: 15 dəqiqəyə aviasiyamızın 50%-ni itirdik - VİDEOMən 2020-ci ilin oktyabrın əvvələrində Qarabağda yerləşən hərbi bölmələrimizə baş çəkəndən, oradakı şərait ilə tanış olduqdan və hərbçilərimizlə söhbətləşəndə sonra çox vacib fikirə gəldim. Qarabağdan İrəvana döndükdən sonra mətbuata açıqlamamda bildirdim ki, biz müharibəni uduzacağıq, Qarabağ torpaqlarını Azərbaycan tam olaraq nəzarətinə götürəcək.

Bu fikirləri erməni polkovnik, Ermənistanın Veteranlar Komitəsinin sədri Qriqori Qriqoryan deyib.

“Biz müharibəyə, açıq hərbi toqquşmaya hazır deyildik. Ordunun başında hərbi işdən anlayışı olmayan adamlar oturmuşdu. Generallarımızdan başlayaraq, səngərdə duran sıravi əsgərə qədər psixoloji gərginlik içində idi. Siz təsəvvür edin ki, sentyabr ayının 27-də mənə xəbər çatır ki, Azərbaycan Ordusu 15 dəqiqə ərzində aviasiyamızın 50, artilleriyamızın 40%-ni məhv edib. Bu, bizim onurğa sütunumuzu qıran dəqiqələr oldu. Bakının məhz bu əməlliyatı müharibənin aqibətini 15 dəqiqə içində dəyişə bildi. Ordumuz geriyə çekilərək Fizuli istiqamətində dayandı”, - Qriqoryan bildirib.

Hadrut barədə danışan erməni polkovnik onu da bildirib ki, bu əraziləri muzdlu əsgərlərdən ibarət 450 hərbçi və bir qrup erməni qoruyurdu:

“Aydındır ki, pul müqabilində döyüşənlər üçün bu torpaqlardan qaçmaq daha asan olurdu. Bəs bu muzdlularda Ermənistan pasportu və erməni hərbi forması hardan idi? Bu sualı Araik Arutyunyana vermək lazımdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər