Sizin Reklam Burada

İran spikerinin oğlu xalqdan üzr istədi - Qalmaqal

İran spikerinin oğlu xalqdan üzr istədi - Qalmaqalİran parlamentinin sədri Məhəmməd Qalibafın oğlu İlyas Qalibaf bacısının və onun həyat yoldaşının hərəkətlərinə görə ictimaiyyətdən üzr istəyib.

İlyas Qalibaf tviter hesabında bacısının və yeznəsinin Türkiyə səfərinin yanlış addım olduğunu yazıb və buna görə İran ictimaiyətindən üzr istəyib.

O bildirib ki, atası Məhəmməd Qalibaf qızının və kürəkəninin Türkiyə səfərinin əleyhinə olub və buna etiraz edib. Lakin onun etirazı nəzərə alınmayıb.

"Bu səfər atamın fikrinə və siyasi ideologiyasına zidd idi”, - deyən İlyas Qalibaf ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda yaxın qohumlarının Türkiyəyə səfər etməsinin yanlış olduğunu etiraf edib.

Qeyd edək ki, Novruz bayramı tətilində Türkiyəyə gəzməyə gedən parlament sədrinin qızı və kürəkəni səfərdən qayıtdıqdan sonra sosial şəbəkələrdə şəkillər paylaşıb. Dəbdəbəli həyat tərzini əks etdirən şəkillər İran ictimaiyyətinin etirazına səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər