Ukrayna ordusu rusların sursat anbarını məhv etdi - Video
Dərc olunub:
19-04-2022, 14:37
Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum briqadası rus ordusunun sursat anbarını məhv edib.
Bu barədə briqadanın Feysbuk səhifəsində məlumat yerləşdirilib.
“Rusiyanın dağıdılmış sursat anbarı indi belə görünür. Bu, “Edelveys” artilleriyasının işidir. Çağırılmamış qonaqların maskalanma əməliyyatı başlamamış başa çatdı”, - məlumatda qeyd olunub.