Sizin Reklam Burada

Ukraynalı desantlar rus motoatıcı bölməsini məhv etdi

Ukraynalı desantlar rus motoatıcı bölməsini məhv etdiUkraynalı desantlar Tomsk şəhərindən olan Rusiya ordusunun motoatıcı bölməsini məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının komandanlığı məlumat yayıb.

“Biz məhv edilmiş rus hərbçilərinin sənədlərini dərc etməyə davam edirik. Bu yaxınlarda gərgin döyüş bölgəsində Ukrayna desantları Rusiya ordusunun 21-ci Qırmızı Bayraqlı Omsk-Novobuq motoatıcı briqadasının əlahiddə qvardiyasının bölmələrindən birinin zirehli dəstəsini darmadağın ediblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhz bu bölmə daim beynəlxalq təlimlərdə iştirak edərək, mükafatlar qazanıb.

“Ukrayna əsgərləri ilə döyüş zamanı bir çox “azad edən” məhv edilib və hərbi maşınların alovu altında yanıb. Və mövcud sənədlərdən yalnız bir neçəsi müəyyən edilib. Birinin şəxsi əşyalarına baxış zamanı onun Orenburqdan olan, kiçik çavuş Sakkuziyev Kairat Muxanmadiyeviç olduğu müəyyən edilib. O, snayper, topçu-tank komandiri ixtisasını və Volski adına Hərbi Maddi Təminat İnstitutunda “sağ qalma” proqramı üzrə intensiv kursları bitirib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər