Rus ordusu Donbasda hücuma başladı
Dərc olunub:
18-04-2022, 21:11
Rus ordusu Donbasda hücum əməliyyatına başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, rusların sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir:
“Şərq əməliyyat zonasında hücum əməliyyatının başlanmasının əlamətləri qeydə alınır. Rusiya Slobozanski və Donetsk əməliyyat bölgələrində hücum əməliyyatlarını gücləndirib. Düşmən qoşunlarının Volın, Polesski və Seversk istiqamətlərində fəaliyyətində ciddi dəyişiklik qeydə alınmayıb”.
Son xəbərlər
