Sizin Reklam Burada

KKTC Prezident Adminstarsiyası: "Anastasiadisin açıqlamaları diplomatik etikaya ziddir"

KKTC Prezident Adminstarsiyası: "Anastasiadisin açıqlamaları diplomatik etikaya ziddir"Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası qadınların mümkün barışıq prosesində effektiv iştirakını təmin etmək üçün tövsiyələr vermək üçün hazırlanan Fəaliyyət Planının işə salınmasından sonra Kipr rum administrasiyasının rəhbəri Nikos Anastasiadisin verdiyi açıqlamaların diplomatik etikya zidd olduğunu açıqlayıb.

Avrasiya.net xəbər verir ki, açıqlamada deyilir:

“Prezidentimiz Kipr rum lideri Anastasiadis ilə birlikdə 13 aprel 2022-ci ildə qadınların mümkün barışıq prosesində effektiv iştirakını təmin etmək üçün tövsiyələr vermək üçün hazırlanmış Fəaliyyət Planının təqdimat mərasimində iştirak etdi.
Ötən axşam BMT-nin Sülhməramlı Missiyasının rəhbəri Kolin Stüartın ev sahibliyi etdiyi tədbirdəki təqdimatlardan sonra iki lider ikitərəfli Texniki Komitənin üzvlərini təbrik edib və söhbət ediblər.

Söhbət zamanı gündəmə gələn mövzuların Kipr rum lideri Anastasidisin tədbiri tərk edən kimi məsələnin təhrif edilməsi diplomatik etikaya ziddir.

Prezidentimiz, Anastasiadisin rəsmi prosesə keçidlə bağlı fikirlərinə cavab olaraq, Kıbrıs türk tərəfinin yeni və rəsmi danışıqlar prosesinin başlanması üçün mövqeyi aydındır ki, Kıbrıs türk tərəfi 2004-cü il referendumu da daxil olmaqla, tükənmiş modellərlə vaxt itirməməyə çalışaraq, bunun status-kvonu saxlamaqdan başqa bir məqsədə xidmət etmədiyini və bütün bu illər ərzində gedən proseslərin uğursuzluğunun ən böyük səbəbinin tərəflər arasında bərabərliyin olmaması olduğunu təkrarladı.

Prezident Ersin Tatar, həmçinin Kıbrıs türk xalqının heç bir halda öz hüquqlarından əl çəkməyəcəyini və Kıbrıs türk tərəfinin suveren bərabərlik və bərabər beynəlxalq status əsasında Kıbrıs problemini ən qısa zamanda barışıq yolu ilə həll etməyə hazır olduğunu vurğuladı".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər