Ukraynalı nazir: "700 hərbçi və 1000 mülki şəxs Rusiya əsirliyindədir”

Ukraynalı nazir: "700 hərbçi və 1000 mülki şəxs Rusiya əsirliyindədir”Hazırda yarısı qadın olan 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçimiz Rusiyanın əsir və girovudur.

Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.

"Ruslar 1000 nəfərə yaxın mülki şəxsi girov kimi ələ keçiriblər. Onların da yarısı qadındır. Dəfələrlə təkrar etmişik, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmirik. Bu, Cenevrə Konvensiyaları ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar”.

Hərbçi əsirlərə gəlincə, İrina Vereşçuk deyib ki, Ukrayna tərəfində 700 rus əsgər və zabit var, elə eyni sayda da ukraynalı hərbçi Rusiya əsirliyindədir.

O, Rusiya tərəfini əsir və girovları Cenevrə Konvensiyalarına uyğun dəyişməyə çağırıb.

Qeyd edək ki, indiyədək Rusiya və Ukrayna arasında dörd dəfə əsir mübadiləsi aparılıb.

İlk tam hüquqlu hərbi əsir mübadiləsi martın 24-də baş tutub - Ukrayna 10 işğalçı müqabilində 10 hərbçisini geri qaytarıb.

Aprelin 1-də əsirlərin ikinci mübadiləsi olub: Ukrayna 15-i qadın olmaqla 86 hərbçisini geri qaytara bilib.

Üçüncü əsir mübadiləsi aprelin 9-da baş tutub - 12 hərbçi və 14 mülki şəxs azad edilib.

Aprelin 14-də dördüncü mübadilə zamanı 22 hərbçi və 8 mülki şəxs Ukraynaya qaytarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər