Paşinyan müharibə itkiləri ilə bağlı yeni rəqəm açıqladı
Dərc olunub:
13-04-2022, 12:36
2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Ermənistan 3825 əsgər itirib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“44 günlük müharibənin qurbanlarının sayı 3825 nəfərdir. Ölənlərin əksəriyyətinin cəsədləri tapılıb və ya şəxsiyyəti müəyyənləşdirilib”, - Paşinyan bildirib.