star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qulinin qatili həbsxanada öldürüldü - Şok iddia

Qulinin qatili həbsxanada öldürüldü - Şok iddia“Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun qatili, kriminal aləmdə "Xan Bakinski" kimi tanınan Xaqan Zeynalovun Türkiyədə həbsxanada öldürüldüyü iddia olunur. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Avrasiya.net Cebhe.info-ya istinadən xəbər verir ki, Xaqan Zeynalovun törətdiyi bildirilən qətllə, yəni Lotu Qulinin öldürülməsiylə bağlı iş artıq məhkəməyə göndərilmişdi.

Ehtimallara görə, məhkəmə ərəfəsində belə bir hadisənin törədilməsi onun bəzi faktları aça biləcəyi ilə bağlı olub.

Mənbə Xaqan Zeynalovun öldürülüb-öldürülməsi ilə bağlı suala dəqiq cavab vermək istəmədiyini bildirib.

Bununla belə qeyd edib ki, X.Zeynalovla hesablaşma Lotu Qulinin klanının yox, özünün təmsil etdiyi qruplaşmadan kimlərinsə cəhdi ola bilər. Başqa sözlə, L.Qulinin qətlinin sifarişçisi olan qrup və ya şəxslərdən kimlərsə X.Zeynalovun məhkəməyə çıxmasını istəməyib:

“Xaqan Zeynalov hələ yaşamalı idi. Onunla bağlı belə düşünülürdü. Görünür, qarşı tərəf onu cəzalandırıb”.

Xatırladaq ki, 2020-ci il avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində otellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinski (Xaqan Zeynalov) tərəfindən qətlə yetirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər