Ötən gün Ukraynadan 5 minə yaxın insan təxliyə edilib
Dərc olunub:
7-04-2022, 09:20
Ukraynada humanitar dəhlizlər vasitəsilə ötən gün 5 minə yaxın insan təxliyə edilib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
"Bu gün 4 892 nəfər təxliyə edilib", - Vereşçuk teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Mariupoldan 1 171 nəfər, Poloq, Vasilyevka, Berdyansk, Melitopol və Qulyaipoldan isə 2 515 nəfər öz avtomobilləri ilə Zaporojyeyə gəlib.
Həmçinin Lisiçansk, Severodonetsk, Rubijne, Kremennaya və Luqansk vilayətində yerləşən Qornoye kəndindən 1 206 nəfər təhlükəsiz əraziyə köçürülüb.