Ukrayna ordusu rusların daha 3 tankını məhv etdi
Dərc olunub:
5-04-2022, 19:45
Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları Rusiya ordusuna məxsus daha 3 tank və bir yanacaq daşıyan avtomobili məhv edib.
Bu barədə Ukrayna ordusunun məlumatında deyilir.
Əməliyyatın hansı şəhərdə baş tutduğu açıqlanmır.