"Bizə raketlər Belarusdan uçur"
Dərc olunub:
5-04-2022, 13:16
Zelenski Belarusun Ukraynaya qarşı müharibəyə girməsi ehtimalını şərh edərkən yerli jurnalistlərə bildirib ki, özünü Belarusun lideri elan edən Aleksandr Lukaşenko etimadsızlıq göstərib. Təəssüf ki, ölkələrimiz arasında vəziyyət gərgindir və bizə raketlər Belarusdan uçur. Onun müharibəyə girməyəcəyi fakt deyil, müharibə bitməyib. Belarus xalqı Ukrayna ilə müharibənin əleyhinədir.