İzyumda döyüşlər gedir: Rusiya canlı qüvvə itirir
Dərc olunub:
5-04-2022, 01:30
Düşmənin Luqansk və Donetsk vilayətlərinə doğru hərəkət etmək üçün texnikanı cəmləşdirməyə çalışdığı İzyum ən fəal nöqtə olaraq qalır, lakin Silahlı Qüvvələrimiz döyüşür və düşmən çoxlu sayda təyyarə, zirehli texnika və canlı qüvvə itirir.
Bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Bizdə məlumat var ki, Rusiya filtrasiya dəhlizləri, düşərgələr yaradır, oradan bizim insanlarımızı Rusiyaya aparırlar. Bu, onların məlum taktikasıdır. Birinci dəfə istifadə etmirlər, şəhəri mühasirəyə alırlar, bütün istiqamətlərdə kritik vəziyyətə gətirirlər, sonra da guya insanları xilas etmək, insanları daşımaq üçün şərti dəhliz təklif edirlər”, - Sinequbov qeyd edib.