Sizin Reklam Burada

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıbUkraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev cəmiyyətin xüsusi diqqəti altındadır:

"Hər iki yaralının vəziyyəti normaldır".

R.Əliyev isə bildirib ki, yaraları ağır olmasına baxmayaraq xəstəxanada müalicələri xüsusi qayğı ilə aparılır, bununla yanaşı Vinnitsa Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov hər gün onların qayğıları ilə maraqlanır.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər