Rus hərbçiləri Zelenskinin iqamətgahını qarət edib

Rus hərbçiləri Zelenskinin iqamətgahını qarət edibRusiya hərbçiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Biryuçi adasındakı iqamətgahını qarət ediblər.

Axar.az xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə paylaşım edib.

Aprelin 2-də rus hərbçiləri oradan mebel çıxarıblar. Onları Azov-Sivaş Milli Parkının direktoru Yevgeni Popovçuk müşayiət edib.

İki zirehli maşın Zelenskinin iqamətgahında qalıb, üçü isə sərhəd zastavasına gedib. Yerli sakinlər həmçinin iddia edirlər ki, ruslar artıq yerli istirahət mərkəzlərini də qarət etməyə başlayıblar.

Qeyd edək ki, Biryuçi adası Azov dənizində ümumi sahəsi 7000 hektardan çox olan nəhəng qumlu adadır. Yerli medianın yazdığına görə, iqamətgahda üzgüçülük hovuzu və idman meydançası var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər