Cənubi Osetiya "referendum"a hazırlaşır - Rusiyaya birləşir
Dərc olunub:
31-03-2022, 02:00
Cənubi Osetiyanın (qondarma qurum nəzərdə tutulur - red.) Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum 10 apreldə baş tutacaq “prezident seçkiləri”ndən sonra keçiriləcək.
Avrasiya.net xəbər verir ki, bu barədə Cənubi Osetiya “prezidenti”nin “mətbuat katibi” Dina Qassiyeva deyib.
O bildirib ki, “seçki”lərdən sonra bütün prosedurlar yekunlaşacaq.