Belarusda İsgəndər-M-lər Ukrayna ilə sərhədə gətirilir
Dərc olunub:
28-03-2022, 16:02
Belarusun Qomel vilayətində “İsgəndər-M” raket sistemlərinin Ukrayna ilə sərhədə doğru hərəkəti müəyyən edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda deyilir.