Sizin Reklam Burada

Mühasirəyə düşən azərbaycanlı sürücü azad olundu

Mühasirəyə düşən azərbaycanlı sürücü azad olunduUkraynanın Çerniqov vilayətinin Kryükov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlər ilə birgə 1 aya yaxındır mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.

Axar.az xəbər verir ki, İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov Report-a açıqlamasında Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Arif Eynulla oğlu Əliyev mühasirədən azad olunduğunu bildirib.

O qeyd edib ki, azərbaycanlı sürücü hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.

Sənədləşmə işləri başa çatdıqdan A.Əliyev sonra Avropa ölkələri vasitəsilə ilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna ərazi özünü müdafiə hissəsi mühasirədən azad edib, təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, Azərbaycan şirkətinə məxsus yük maşını müharibəyə qədər yük daşıma məqsədi ilə Çerniqovda olub və müharibə başlayandan sonra Rusiyanın şəhəri mühasirəyə alması nəticəsində mühasirəyə düşmüşdü.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər