Sizin Reklam Burada

Gürcüstan küçədə qoruyucu maska ​​taxmaq məcburiyyətini ləğv edir

Gürcüstan küçədə qoruyucu maska ​​taxmaq məcburiyyətini ləğv edirGürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

"Report" xəbər verir ki, bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər