Sizin Reklam Burada

Rusiyanın müdafiə naziri yoxa çıxıb

Rusiyanın müdafiə naziri yoxa çıxıbRusiya-Ukrayna müharibəsinin 29-cu günüdür. Hərbi əməliyyatların davam etdiyi bir məqamda Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun yoxa çıxması diqqət çəkib.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq 12 gündür Şoyqudan xəbər yoxdur. Nazirin harada olması, niyə ortaya çıxmaması ciddi suallar doğurur.

Müharibə aparan ölkənin hərbi əməliyyatlara birbaşa məsul olan nazirinin müəmmalı şəkildə yoxa çıxması dünya mediasının gündəmini zəbt edib. Artıq bir çox nüfuzlu media orqanları rus qoşunlarının Ukraynada böyük itkilər verməsi, əməliyyatların uğursuz olması səbəbindən Şoyqunun prosesdən kənarlaşdırıldığını yazır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun fikrincə, Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında fikir ayrılığı yaranıb. Ordu generalı məhz bu səbəbdən kənara çəkilib.

Digər məlumatlarda isə Şoyqunun özünü yaxşı hiss etmədiyi, ürəyində problem olduğu bildirilir.

Hələlik bu iddialar Rusiya tərəfindən rəsmən təsdiqlənməyib, eyni zamanda generalın niyə görünməməsinə də aydınlıq gətirilməyib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı bugünkü məlumata görə, Rusiya ordusu döyüşlərdə indiyədək 15 800 hərbçisini itirib. Bundan əlavə, rusların 530 tankı, 1597 zirehli texnikası, 108 təyyarəsi, 124 helikopteri və 50 pilotsuz uçan aparatı məhv edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər