Sizin Reklam Burada

Ərini öldürüb, arvadını zorladılar - Rus əsgərlərdən İYRƏNC ƏMƏL

Ərini öldürüb, arvadını zorladılar - Rus əsgərlərdən İYRƏNC ƏMƏLRusiya hərbçiləri Ukraynada qadınlara və gənc qızlara qarşı iyrənc hərəkətlərə yol verir.

Modern.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, rus əsgərlər işğal etdikləri ərazilərdə girov götürdükləri qadınlara işgəncə verərək, onlara cinsi təcavüz edir. Belə hadisələrdən biri Kiyevin yaxınlığında yerləşən Brovari şəhərində baş verib.

Məlumata görə, rus hərbçilər ukraynalı qadının ərini öldürüb, daha sonra ona təcavüz ediblər. Digər ərazilərdə də oxşar halların yaşandığı bildirilir.

Ukraynanın Baş Prokurorluğu faktla əlaqədar təcili araşdırma başladıb. Ölkənin Baş prokuroru İrina Venediktova faktı təsdiqləyib. Onun sözlərinə görə, rus silahlılar təcavüzə məruz qalan qadının övladlarını da ölümlə hədələyib.

Venediktov faktla əlaqədar araşdırmaların getdiyini, rus əsgərlərin müəyyən edilməsi üçün işlərin aparıldığını vurğulayıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Ukrayna Müdafiə Nazirliyinin yaydığı bugünkü məlumata görə, Rusiya ordusu döyüşlərdə indiyədək 15 800 hərbçisini itirib. Bundan əlavə, rusların 530 tankı, 1597 zirehli texnikası, 108 təyyarəsi, 124 helikopteri və 50 pilotsuz uçan aparatı məhv edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər