Luqanskda rusların silah anbarı məhv edildi
Dərc olunub:
23-03-2022, 13:17
Ukraynanın Kral Daniil adına 24-cü əlahiddə mexanikləşdirilmiş briqadası Luqansk vilayətində Rusiya ordusuna məxsus silah-sursat anbarını vurub.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Rusların Luqansk vilayətindəki anbarı yandırılıb. Burada atıcı silahların sursatları, artilleriya mərmiləri saxlanılırdı”, - məlumatda qeyd olunub.