Ruslar əsirlikdəki məmur və jurnalisti AZAD ETDİ
Dərc olunub:
23-03-2022, 10:15
Rusiya qüvvələri günlərlə əsirlikdə olan ukraynalı məmuru və bir jurnalisti azad edib.
Avrasiya.net xəbər verir ki, bu barədə "Ukrinform" xəbər agentliyi məlumat yayıb.
"Ukrinform"№ xəbər agentliyi yerli siyasətçiyə istinadən xəbər verir ki, Sumı vilayətinin məmuru Serhiy Kiriçko bir həftə zirzəmidə saxlanıldıqdan sonra çərşənbə axşamı azad edilib.
Ukraynanın “Hromadske” kanalının jurnalisti isə Viktoriya Roşçina 9 günlük əsirlikdən sonra bazar ertəsi azad edilib.