Klinqbeyl: Bu müharibə Putinin sonunu gətirdi
Dərc olunub:
23-03-2022, 09:12
Vladimir Putinin prezidentliyi dövründə Rusiya-Almaniya münasibətlərinin normallaşmasından söhbət gedə bilməz.
Bu sözləri Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl deyib.
“Nə vaxtsa Vladimir Putinlə yenidən eyni masa arxasında əyləşəcəyimizi görmürəm. O vaxt bitdi”, - deyə partiya sədri bildirib.
O, Putin epoxasının sona yaxınlaşdığını vurğulayıb:
“Bu müharibə Putinin sonunu gətirdi. Rusiyada siyasi proseslər sürətlə inkişaf edir. Putin öz ölkəsini bədbəxtliyə aparır”.