Britaniyalı deputatın oğlu Ukraynada döyüşür - Foto
Dərc olunub:
10-03-2022, 01:30
Ukraynaya Rusiyaya qarşı döyüşmək üçün gələn əcnəbi könüllülər arasında Britaniya parlamentinin deputatının oğlu da var.
Axar.az xəbər verir ki, bu barədə “Evening Standart” nəşri yazıb.
Bildirilib ki, 30 yaşlı Ben Qrant Kral dəniz piyadalarının keçmiş xüsusi təyinatlısıdır və hərbi xidmət təcrübəsi 5 ildən çoxdur. Onun anası Helen Qrant Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı, Boris Consonun müşaviridir, bundan öncə isə idman naziri olub.
Qrant Rusiya bormadrmançılarının Ukraynada mülki binanın bombalamasını gördükdən və uşaqların qışqırtısını eşitdikdən sonra döyişə gəlməyə qərar verdiyini deyib.
O öz hərbçi yoldaşları ilə birgə Ukraynaya gəlib.