Rus ordusu iki səbəbə görə irəliləyə bilmir
“Azov” alayı da Kiyevin müdafiəsinə qoşulub.
Axar.az xəbər verir ki, bunu Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin deyib.
O, hazırda “Azov”un komandirlərindən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, Kiyevdə bir neçə müdafiə xətti qurulub:
“Hətta düşmən bütün canlı “ətini” və taxnikasını Kiyevə yönəltsə belə, arxayın olun, paytaxtı xilas edəcəyik. Onlarda heç nə alınmayacaq”.
Jorin düşmən hücumunun sürətini dəyişdiyini də vurğulayıb. Bildirib ki, meydanda onlar kifayət qədər sürətlidirlər, böyük şəhərlərdə isə ciddi çətinliklərlə üzləşirlər:
“Kiyevə əsas hücum istiqamətləri İrpen, Buça, Vorzel, Yasnoqorodkadır. Moşun məntəqəsində artıq bir sutkadır ki, döyüşlər gedir. Düşmən son sutkada bir neçə dəfə bizim müdafiəmizi yarmağa cəhd edib, ancaq Moşun bizim nəzarətimizdədir.
Hazırda Ukrayna SQ, “Azov” və ərazi müdafiə qüvvələri İrpen və Qostomelə nəzarət edir. Əks-hücumlar edilir və düşmən ciddi itkilər verir. Düşmənin canlı qüvvə, tank, BMP və təyyarə imkanları genişdir. Amma bunlar tam şəkildə iki səbəbdən işləmir: birincisi, ruslar döyüşə bilmir, bu mənada tamamilə qanmazdırlar, ikincisi, onlar Ukrayna traktoru ilə üzləşiblər”.