Rusiya ardıcıl olaraq mühasirəyə alınır - Bermudes
Dərc olunub:
9-03-2022, 00:52
ABŞ və NATO ardıcıl olaraq Rusiyanı mühasirəyə alır, bu şəraitdə onun müdafiəsiz qalacağına inanmaq ən azı məsuliyyətsizlikdir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Kuba Prezidenti Migel Dias-Kanel Bermudes çıxış edib.
Bermudes ABŞ-ın Rusiyanın öhdəliklərini pozduğunu, Şərqi Avropada NATO-nun davam edən genişlənməsi hesabına hərbi hegemonluğunu artırdığını iddia edib.