Ukrayna hərbçiləri 2 min rus əsgərini əsir götürdü
Dərc olunub:
8-03-2022, 01:51
Fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 minədək hərbçisi əsir götürülüb.
Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
Geraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır. .
“Əsirlərin dəqiq uçotu hələ ki, aparılmır. Amma deyə bilərəm ki, sayları 2 min nəfərə çatır”, - deyə o qeyd edib.