Rus ordusu aeroporta girdi, hücuma keçirik – Kim
Dərc olunub:
7-03-2022, 14:27
Rus işğalçıları Nikolayev aeroportuna daxil olub. Ukrayna hərbçiləri hücuma keçir.
Bu sözləri Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
“Biz hücuma keçirik. Rus ordusu bizim aeroporta girib. Digər istiqamətlərdə onları məğlub etdik. Burda da onları məhv edəcəyik. Hər şey yaxşı olacaq”, - o qeyd edib.