100 rus oliqarx “qara siyahı”ya salındı
Dərc olunub:
7-03-2022, 09:34
Yeni Zelandiya digər Qərb dövlətləri kimi Rusiya əleyhinə tədbirlər görür.
Onlarla Rusiya vətəndaşına qarşı sanksiyaların yeni siyahısı açıqlanıb.
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bildirib ki, yeni qərar əsasında 100 rusiyalı oliqarxa səyahət qadağası tətbiq olunacaq, eyni zamanda Moskvada qeydiyyatda olan superyaxtaların, gəmilərin və təyyarələrin Yeni Zelandiyanın hava məkanına və ya sularına daxil olmasının qarşısı alınacaq.