Rusiya İnterpoldan da çıxarılır - Müraciət edildi
Dərc olunub:
7-03-2022, 02:20
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Rusiyanın İnterpoldan çıxarılması müraciəti ilə təşkilata məktub ünvanlayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə nazir Tvitter səhifəsində yazıb.
O bildirib ki, məsələyə bu həftə ərzində baxılmalıdır.