Xarkovda daha 3 azərbaycanlı öldü
Dərc olunub:
5-03-2022, 14:00
Ukraynanın Xarkov şəhərində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, hadisə martın 4-də baş verib: “Nəticədə ev sahibi, həyat yoldaşı və bibisi dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.