Rus qoşunları Çernobıl AES-i ələ keçirdi
Belarus ərazisindən işğalçı qoşunlar Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Teleqram kanalında məlumat verib.
"Təhlükəsiz radioaktiv tullantıların anbarını mühafizə edən Milli Qvardiyaçılar şiddətli müqavimət göstərirlər. İşğalçıların artilleriya zərbələri nəticəsində nüvə tullantılarının anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Aİ ölkələrinin ərazilərini bürüyə bilər", - Qeraşenko yazıb.
***
Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçirib.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak məlumat verib.
"Şiddətli döyüşlərdən sonra Çernobıl AES-ə nəzarəti itirdik. Bu hücumdan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu söyləmək mümkün deyil", - deyə ukraynalı rəsmi söyləyib.