Sizin Reklam Burada

Rusiyadan Telman İsmayılova görə monteneqrolu dövlət katibinə QADAĞA

Rusiyadan Telman İsmayılova görə monteneqrolu dövlət katibinə QADAĞAMonteneqronun əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova siyasi sığınacaq verməsinə cavab olaraq bu ölkənin Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişi qadağa olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-in məlumatında bildirlib ki, fevralın 2-də Zoran Milyaniçin Rusiya Federasiyasına girişini qadağan nota Monteneqronun Moskvadakı səfirliyinə göndərilib.

“Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma - Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Rusiya Federasiyası vətəndaşı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır”,- deyə Rusiya XİN-in məlumatında deyilir.

Xatırladaq ki, Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi, əslən azərbaycanlı iş adamı T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib. Ancaq qarşı tərəf buna məhəl qoymayıb.

Rusiya T.İsmayılovu iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş verməkdə ittiham edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər