Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır
Dərc olunub:
2-02-2022, 12:56
Ermənistanın “FlyOneArmenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb. Bu barədə Ermənistanın Aysor.am saytı xəbər verir.
Qeyd olunur ki, “FlyOneArmenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.