Sizin Reklam Burada

Akarın Zakir Həsənovla görüşdə Rusiyaya mesajı

Akarın Zakir Həsənovla görüşdə Rusiyaya mesajıŞuşa Bəyannaməsi bu gün Azərbaycan parlamentində ratifikasiya edildikdən sonra təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinin sədrliyinə də təqdim olunub.

Eyni gündə Akarla Həsənovun Ankaradan verdikləri açıqlamalar diqqət çəkir:

- Akar Ermənistana sülh sazişinin qəbul edilməsi çağırışını etdi, Bakı və Ankaranın bunu gözlədiyini dedi; Şuşa Bəyannaməsinə uyğun hərbi müstəvidə ikitərəfli addımlardan danışdı;

- Həsənov Azərbaycan Ordusunun TSK modelinə keçidi üçün görülən işlərdən danışdı.

Bununla iki ölkənin gündəyinin eyni olduğu və bu gündəliyin icrası üçün siyasətdə olduğu kimi, hərbi müstəvidə də birgə hərəkət ediləcəyi açıqlandı.

Ən maraqlı məqam Hulusi Akarın “Türkiyə və Azərbaycan ordularının güclənməsi istiqamətində atılan addımlar başqa ölkələrə qarşı təhdid məqsədi daşımır” sözləri idi. Bu, Rusiyaya ünvanlanmış mesajdır: Moskva Şuşa Bəyannaməsinə əsasən hərbi müstəvidə atıla biləcək addımların ona qarşı olmadığını anlamaq istəyir; Ərdoğan da bəyannamə imzalanandan sonra bəzi məsələlərin Rusiya ilə müzakirə edilməsinə ehtiyac olduğunu açqıqlamışdı; istisna deyil ki, bu məsələlər müzakirə edilib və bəyannamənin ratifikasiya edildiyi gün tərəflər Ankarada atılacaq addımların detallarını razılaşdırıblar.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər