Ermənistanda sürücülər ayağa qalxdılar
Dərc olunub:
31-01-2022, 13:28
Ermənistan Respublika Meydanında sürücülər avtomobil sığortası tariflərinin artırılmasına etiraz olaraq aksiya keçirir.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sürücülərdən biri deyib ki, bu qanunsuzluğa son qoyulmalıdır.
"Sığorta şirkətləri niyə buna qarışır, Büronun monopoliyası var ki, onlar sui-istifadə edirlər", - sürücü Artak Xaçatryan deyib.
Onun fikrincə, polis, əslində, sığortaçıların büdcəsini doldurmaq üçün işləyir. İndiki dəyişikliklərə müqavimət göstərilməsə, gələcək daha da pis olacaq.