Rusiya bir güllə atmadan Ukraynaya zərbə vuracaq
Rusiya Ukrayna iqtisadiyyatına heç bir hərbi təcavüz olmadan zərbə vurmaq qabiliyyətinə malikdir.
Axar.az xəbər verir ki, bunu “Foreign Policy” nəşrinin şərhçisi Elizabet Brou yazıb.
“Ukrayna ilə bağlı vəziyyətin gərginləşməsi fonunda sığorta bazarı nəhənglərinin ən böyük birliyi olan Birləşmiş Müharibə Komitəsi növbədənkənar iclas çağırmağa hazırlaşır. Ukrayna yüksək riskli yerlər siyahısına daxil edilə bilər. Bundan sonra sığortaçılar adətən sığorta əmsallarını artırırlar və beynəlxalq daşıyıcılar arasında Ukrayna biznesi ilə əməkdaşlıq etmək istəyənləri tapmaq çətin olacaq. Ukrayna limanlarına mal çatdırmaq istəyən şirkətlər sığortaçı tapmaqda çətinlik çəkəcəklər və sığorta olmadan isə biznes çox təhlükəlidir”, - Brou bildirib.