Sizin Reklam Burada

Paşinyan onu Ermənistana yeni prezident seçmək İSTƏYİR

Paşinyan onu Ermənistana yeni prezident seçmək İSTƏYİRErmənistanın yeni prezidenti baş nazir Aparatının rəhbəri Araik Arutyunyan ola bilər.

Modern.az xəbər verir ki, Ermənistanın “ArmLur.am” saytının hökumətə yaxın mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, artıq bir neçə gündür hakimiyyətdə olan “Mülki müqavilə” partiyasının deputatları arasında “qaynar müzakirələr” gedir.

Məsələ ondadır ki, partiyada əksəriyyət Araik Arutyunyanın namizəd olmağını istəmir.

Mətbuata sızdırlan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan isə Araik Arutyunyanı prezident postunda görməkdə israrlıdır. Qeyd edilir ki, parlamentdəki “Mülki müqavilə” fraksiyası baş nazirin qərarını geri götürməsi üçün mübarizə aparır.

Hökumətdəki mənbələr bildirib ki, hakim partiyadan olan deputatlar Arutyunyanın məsələni gündəmdən çıxarmağın yollarını axtarırlar. İddia olunur ki, Araik Arutyunyan hələ 2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri postlarını tutarkən rəhbərlik etdiyi sahələri bərbad vəziyyətə salıb. Bu səbəbdən də o, Ermənistan cəmiyyətində çox pis səciyyələnir.

Nazir olduğu zaman təhsil sisteminin bütün proqramlarını iflasa uğratmaqda suçlanan, hökumətdə və hakim komandada az qala hamı ilə düşmən münasibətdə olduğu söylənilən A.Arutyunyanın özünün də prezident kürsüsünə can atdığı vurğulanır.

Hakim partiyada isə çoxları düşünür ki, onu prezident etmək cəfəng addım ola bilər. Amma bəziləri Paşinyanı seçimindən çəkindirə biləcəklərinə də inanmırlar.

“Bununla belə, hazırda hakim partiyanın parlamentarları nəfəslərini tutub Nikol Paşinyanın koronavirusdan sağalmasını gözləyirlər ki, onunla canlı təmas qurub başqa prezidentliyə namizəd tapmağa cəhd etsinlər”,-deyə sözügedən nəşr yazır.

Maraqlıdır ki, Arutyunyanın əleyhdarlarının özlərinin də prezidentliyə başqa namizədi yoxdur və onlar bu seçimi baş nazir Nikol Paşinyanın etməsini istəyirlər.

Adı prezidentliyə namizədi kimi hallanan Araik Arutyunyan 1979-cu ildə paytaxt İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.

2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri olub, 2020-ci ildən baş nazirin böyük müşaviri postunu tutub.

1 iyul 2021-ci ildən hökumət aparatına rəhbərlik edir. Subaydır.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sərkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, səlahiyyətlərinin az olması, daxili və xarici siyasətə təsir edə bilməməsi səbəbindən istefa verdiyini bildirib.

Ermənistanın yeni prezidentini ölkə parlamenti seçəcək.

Qaydalara görə, namizədlik üçün parlament deputatlarının azı 1/4-nin birinin dəstəyi lazımdır. Namizədin ilk turda prezident seçilməsi üçün deputatların 3/4-nün səsi tələb olunur.

Ermənistan parlamenti 107 deputatdan ibarədir. Onlardan 71-i hakimiyyətdə olan “Mülki müqavilə” Partiyasının deputatlarıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər