NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırır

NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırırBunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiyanın "təhlükəsizlik təkliflərinə" cavabını təqdim edərkən deyib.

"Rusiya qoşun yeritmək təhdidindən, NATO ölkələrinə və digər dövlətlərə qarşı aqressiv ritorikadan çəkinməlidir. Rusiya həmçinin qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır", - o deyib

O, həmçinin vurğulayıb ki, Alyans Rusiyanın Ukraynanı işğal etməsi təhlükəsi fonunda öz qüvvələrinin döyüş hazırlığını artırıb.

Seymur Şıxəliyev