Ukraynada əsgər 5 hərbçi yoldaşını güllələyib
Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.
Hadisənin başvermə səbəbləri məlum deyil.
Seymur Şıxəliyev